Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klnik Xəstəxanasından evə buraxılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə APA-ya Xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib.
" Həftədə bir dəfə dializ olunacaq. Bundan əlavə, evdə mütəmadi olaraq həkim müayinə edəcək", - deyə Xalq şairinin köməkçisi bildirib.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
"Cebheinfo.az"