AZ

Azərbaycanda 5 günlük bayram tətili BAŞLADI

Azərbaycanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar 5 günlük bayram tətili başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olan 31 dekabr bu ilin son rəsmi istirahət günü hesab olunur. Ardınca Yeni il bayramı ilə əlaqədar yanvarın 1-i və 2-si qeyri-iş günü kimi müəyyən edilib.

İstirahət günləri bununla da yekunlaşmır. Belə ki, yanvarın 3-ü və 4-ü həftəsonuna təsadüf etdiyindən, həmin günlərdə də iş olmayacaq.

Ümumilikdə 31 dekabrdan etibarən 5 yanvaradək ölkədə ardıcıl olaraq beş gün qeyri-iş günüdür.

Yeni ilin ilk rəsmi iş günü yanvarın 5-də olacaq.

Seçilən
63
37
bakivaxti.az

10Mənbələr