Binəqədi rayonu, Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində (Bakı-Sumqayıt yoluna çıxan hissə) yeni işıqforlar quraşdırılıb.
Bu barədə Hakimiyyet.az -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən quraşdırılaraq istifadəyə verilən yeni svetofor hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə, yolayrıcında hərəkət intensivliyinin optimallaşdırılmasına imkan verəcək.

