AZ

Klişi Mbappenin klubunun baş məşqçisi oldu

style='margin-bottom:10px;'>

Fransa millisinin sabiq üzvü Qael Klişi baş məşqçi kimi fəaliyyətə başlayır.

QOL.az xəbər verir ki, o, "Kann" klubunun baş məşqçisi vəzifəsinə gətirilib.

Bu barədə Fransanın 4-cü liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qael Klişi futbolçu karyerası ərzində "Arsenal" və "Mançester Siti" kimi tanınmış klublarda çıxış edib. O, Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında baş məşqçi Tyerri Anrinin köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, "Kann" klubunun əsas səhmdarı Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappedir.

Seçilən
53
1
teleqraf.com

2Mənbələr