Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər dövlət rüsumu ödəməkdən azad edilir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.