AZ

Goranboyda bir ailənin üç üzvü balıqdan zəhərləndi

Goranboyda bir ailənin 3 üzvü  balıqdan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Belə ki kənd sakinləri - 1965-ci il təvəllüdlü Ş.Əhmədova,1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Onlara  dərhal yardım edilib, hazırda zəhərlənən şəxslərin vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Onların deməsinə görə, yaşadıqları evdə balıq yedikdən sonra özlərini pis hiss ediblər. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
24
14
unikal.az

10Mənbələr