AZ

“Fənərbaxça” “Milan”ın hücumçusu üçün 35 milyon avro təklif etməyə hazırdır

Jurnalist Ekrem Konurun sosial media səhifəsində verdiyi məlumata görə, “Milan”ın hücumçusu Kristofer Nkunku “Fənərbağça”nın maraq dairəsindədir.

İdman.Biz bildirir ki, Türkiyə klubu oyunçunu icarəyə götürməkdə və ya onun üçün 30-35 milyon avro təklif etməyə hazırdır.

İngiltərə Premyer Liqası və Almaniya Bundesliqa klubları da fransız hücumçu ilə maraqlanır. Nkunkunun “Milan”a hazırkı müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

Bu mövsüm oyunçu İtaliya klubunda bütün yarışlarda 15 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 32 milyon avrodur.

İdman.Biz
Seçilən
31
25
idman.biz

10Mənbələr