Bakı. Trend:
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatıİcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevətəbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır,Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlararzulayıram.
Eyni zamanda, Sizi Yeni - 2026-cı il münasibətilə də təbrikedirəm. Uca Allahdan Yeni ilin və qarşıdakı illərin Sizə, xalqınızavə bütün xalqlara səadət, xeyir-bərəkət, sülh və müvəffəqiyyətgətirməsini arzu edirəm.
Zati-aliləri, qardaşlıq salamlarımı qəbul etməyinizi xahişedirəm".