AZ

Türkiyə və Ermənistan bəzi şəxslər üçün viza sistemini qarşılıqlı olaraq sadələşdirib

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Türkiyə və Ermənistan diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosesini sadələşdirmək qərarına gəliblər.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu qərar Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri arasında əldə edilən razılaşma nəticəsində qəbul edilib.

Qərara əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Türkiyə və Ermənistanın diplomatik, xidməti və xüsusi pasport sahibləri elektron vizanı (e-viza) ödənişsiz əldə edə biləcəklər.

Qeyd olunur ki, bununla da Türkiyə və Ermənistan iki ölkə arasında münasibətlərin normallaşma prosesini heç bir ön şərt olmadan davam etdirmək öhdəliklərini bir daha təsdiqləyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
40
icma.az

10Mənbələr