Ermənistan və Türkiyə diplomatik əlaqələrin normallaşdırılması çərçivəsində vizaların sadələşdirilməsi barədə razılığa gəlib.Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2026-cı il yanvarın 1-dən etibarən hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahibləri elektron vizanı (e-viza) tamamilə ödənişsiz əldə edə biləcəklər.
Nazirlik həmçinin qeyd edir ki, Ermənistan və Türkiyə heç bir ilkin şərt olmadan münasibətlərin tam tənzimlənməsinə nail olmaq öhdəliyini bir daha təsdiqləyirlər və bu addım iki ölkə arasında etimadın qurulması prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.