BAKI, 29 dekabr. TELEQRAF
Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1965 ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova,1990 cı il təvəllüdlü Mehirban Əhmədova və 2011 ci il təvəllüdlü N. Əhmədova xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərlənib. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.