ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.





Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibəti ilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və sosial qayğıya ehtiyacı olan ailələrin övladları üçün bayram tədbiri keçirilib. Tədbir YAP Nərimanov rayon təşkilatı və "Baku Steel Company" QSC-nin birgə təşəbbüsü ilə baş tutub.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, "Baku Steel Company" QSC-nin aparat rəhbəri Şeyla Hacıyeva, şəhid, qazi və sosial qayğıya ehtiyacı olan ailələr iştirak ediblər. Tədbir iştirakçıları şəhid ailələrini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibəti ilə təbrik ediblər. YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və "Baku Steel Company" QSC-nin aparat rəhbəri Şeyla Hacıyeva Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər, həmçinin şəhid, qazi və sosial yardıma ehtiyacı olan ailələrin daim diqqət mərkəzində saxlanıldığını qeyd ediblər.
Çıxışlardan sonra tədbir bayram şənliyi ilə davam edib, uşaqlara hədiyyələr təqdim olunub.
Tədbirdə iştirak edən uşaqların valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.