Bakı.Trend:
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinininzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri iləsərnişindaşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılışkartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) ədəd müəyyənedilib. Kvota ilə bağlı müraciət ərizələrinin qəbulu vaxtı isə 30dekabr saat 23:59-da bitir.
Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, yanvar ayından etibarən müraciətlərin qeydiyyatıvə baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməkləhəyata keçiriləcək.
Növbəlilik sırası gücləndirilmiş imza (elektron imza) iləgöndərilən elektron ərizənin tarix və vaxtına görə müəyyən edilir.Növbədə olan nəqliyyat vasitələrinin sayı haqqında məlumatıAYNA-nın saytından əldə etmək mümkün olacaq.
Saytda, həmçinin buraxılış kartı qüvvədə olan nəqliyyatvasitələrinin sayı və kvotada yaranan boş yer barədə məlumatlar yeralacaq.
Kvotada boşalan yer sayı növbədə duran şəxsin nəqliyyatvasitələrinin sayından az olduqda növbə çatdıqda kvotadakı boş yersayı qədər nəqliyyat vasitəsinə buraxılış kartı veriləcək, yerdəqalan nəqliyyat vasitələrinin növbədə qalması davam edəcək.
Növbədəki müraciətlərə ardıcıllıqla baxılacaq. Bir növbəyəbaxılma bitmədikdə növbəti növbədəki müraciət ilə bağlı sistemüzərindən qərar qəbul edilməsi mümkün olmayacaq.
Növbəliliklə bağlı əlavə məlumatlar vaxtaşırı təqdimediləcək.