Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, X.Natəvan küçəsində yerləşən, fiziki şəxs Binyətli Binyət Mehman oğluna məxsus “Çinaraltı” restoranında yoxlama keçirib.
Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.
Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.