AZ

Bakıda evdə yanğın oldu, bir nəfərin meyiti tapıldı

BAKI, 29 dekabr. TELEQRAF

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
69
49
teleqraf.com

10Mənbələr