Sabah Azərbaycanda hava necə olacaq?
Dekabrın 30-nun hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Aznews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olacaq.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütununda 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.