AZ

"Güvən"dən tələbələrə dəstək: maarifləndirici təlim təşkil olundu FOTO

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir neçə gün öncə şəhərimizin ən gözəl və zövqlə tərtib olunmuş məkanlarından biri olan "Atelie 61" restoranı "Güvən" Təhsilin İnkişafına Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən tədbirə ev sahibliyi edib.

Bakupost.az xəbər verir ki, ənənə halını almış bu təşəbbüs çərçivəsində Fondun himayəsində olan tələbələr üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirici təlimlər təşkil olunub.

Tədbirdə tanınmış mütəxəssislər və qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Fondun direktoru Daşqın Şikarov tələbələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbədn təbrik etdiyini bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra dövlət satınalmaları və təchizat üzrə mütəxəssis Vaqif Mikayılov satınalmaların təşkili və təchizat zəncirinin idarə olunması mövzusunda geniş təqdimatla çıxış edib. O, bu sahədəki qanunvericilik çərçivəsi, praktiki yanaşmalar və mövcud çağırışlar haqqında tələbələri məlumatlandırıb, onların çoxsaylı suallarını ətraflı şəkildə cavablandırıb.

Tədbirin növbəti hissəsində "Atelie 61" restoranının rəhbərliyi tərəfindən təşkil edilən səmimi nahar fasiləsi olub.

Sonra çıxış üçün söz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri İlqar Mənsimzadəyə verilib. O, informasiya təhlükəsizliyi, süni intellekt və onun cəmiyyətimizdəki artan rolu barədə müasir yanaşmalar əsasında çıxış edib, tələbələrlə interaktiv müzakirələr aparıb.

Tədbirin yekununda "Güvən" Təhsilin İnkişafına Dəstək Fondunun həmtəsisçisi Rəşid Hüseynov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Fondun əsas məqsədi təkcə təhsil imkanlarının artırılması deyil, eyni zamanda gənclərin intelektual və sosial inkişafına töhfə vermək, onları gələcəyin liderləri kimi yetişdirməkdir.

"İnanırıq ki, bu təlimlər sizin gələcək peşəkar həyatınızda dayanıqlı və düzgün qərarlar verməyinizə yardımçı olacaq. Bu gün burada qazandığınız biliklər sabah cəmiyyətə verəcəyiniz töhfələrin təməli olacaq", - deyə Rəşid Hüseynov vurğulayıb.

Tələbələr tədbirin sonunda təşkilatçılara və çıxış edən mütəxəssislərə öz dərin təşəkkürlərini bildiriblər. Tədbir interaktiv diskussiya və kollektiv foto çəkilişi ilə başa çatıb.

Bu kimi təşəbbüslər "Güvə"n Fondunun maarifləndirici missiyasının davamlı və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir. Fond gələcəkdə bu istiqamətdə fəaliyyətlərini genişləndirmək, daha çox gənci əhatə etmək niyyətindədir.

Elnur, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
50
www.bakupost.az

10Mənbələr