AZ

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb.

Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.

Seçilən
21
47
aznews.az

10Mənbələr