Bakı.Trend:
Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət TəminatıAgentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarınınIELTS imtahanına təşviq edilməsi” layihəsi 2022-ci ildən etibarənsistemli şəkildə həyata keçirilir.
Trend xəbərverir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb.
Bildirilib ki, layihə ali təhsil müəssisələrində təhsilalanlarınvə akademik heyətin xarici dil üzrə bilik və bacarıqlarınıngücləndirilməsini, eyni zamanda onların beynəlxalq təhsil vəakademik imkanlara çıxışının genişləndirilməsi məqsədi daşıyır.
Layihə çərçivəsində indiyədək 15 ali təhsil müəssisəsi iləəməkdaşlıq müqaviləsi imzalanıb. Son olaraq, Azərbaycan-FransızUniversitetinin (UFAZ) bu təşəbbüsə qoşulması ilə tərəfdaşlıqşəbəkəsi daha da genişləndirilib.
2025-ci il üzrə statistik göstəricilərə əsasən, 634 nəfərmüraciət edib. Müraciətçilərin 370 nəfəri kişi, 264 nəfəri qadınolub. Təhsil pillələri üzrə bölgüdə bakalavriat səviyyəsində təhsilalanlar (573 nəfər) üstünlük təşkil edir. Bununla yanaşı, 30magistrant, 4 doktorant və 27 nəfər elmi-pedaqoji heyət üzvütərəfindən müraciət daxil olub.
2026-cı ildən etibarən layihədə iştirak üçün namizədlərin IELTSimtahanından minimum 7.0 və daha yüksək bal əldə etmələri əsas şərtkimi müəyyən olunub.
Layihənin icrasına başlanıldığı 2022-ci ildən bu günədəkümumilikdə 1280 nəfərin IELTS imtahanı üzrə xərcləri Təhsilinİnkişafı Fondu tərəfindən qarşılanıb. Bu nəticə layihənin alitəhsil sistemində beynəlxalq standartlara uyğun xarici dilkompetensiyalarının gücləndirilməsinə töhfə verdiyini nümayişetdirir.
Layihənin növbəti illərdə də universitetlərin elmi-pedaqojiheyətinin və təhsilalanların akademik və beynəlxalq imkanlarınıngenişləndirilməsi istiqamətində davam etdirilməsi nəzərdətutulur.