AZ

Bu Agentlik yanvarın 3 də də işləyəcək

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri, eləcə də Agentliyin İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri qeyri-iş günü - 3 yanvarda fəaliyyət göstərəcək.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, məqsəd Azərbaycandan ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsidir.

Bundan əlavə, həmin tarixdə standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi haqqında sertifikatların əldə olunması ilə bağlı müraciətlərin qəbulu və sertifikatın verilməsi xidmətləri də həyata keçiriləcək.

Sahibkarlar iş günlərində olduğu kimi, qeyd edilən tarixdə müvafiq xidmətlərdən yararlanmaq üçün aidiyyəti üzrə müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
50
bakivaxti.az

10Mənbələr