Ötən gecə ərzində Rusiya regionları və Azov dənizi üzərində Ukraynaya məxsus 89 pilotsuz uçuş aparatı (PUA) HHM qüvvələri tərəfindən aşkar edilərək zərərsizləşdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd edilib ki, Bryansk vilayəti üzərində 49, Novqorod vilayəti üzərində 18, Adıgeya Respublikası üzərində 11, Krasnodar diyarı üzərində 7 pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib və məhv edilib.
Bundan əlavə, Azov dənizi akvatoriyası, eləcə də Oryol, Rostov və Smolensk vilayətləri üzərində hər birində 1 PUA zərərsizləşdirilib.