Bakı, Trend:
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində “Azərbaycandili” platformasının təqdimat mərasimi keçirilib. Layihənin ideyamüəllifi və rəhbəri Alena Əliyevadır.
Trend xəbər verirki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti,IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, BakıMedia Mərkəzinin rəhbəri Arzu Əliyeva və layihənin ideya müəllifivə rəhbəri Alena Əliyeva iştirak ediblər.
Əvvəlcə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaqonaqlara universitetin fəaliyyəti haqqında məlumat verib.Azərbaycan Dillər Universitetinin muzeyinə baş çəkən qonaqlarmuzeyin fəaliyyəti ilə tanış olub, eksponatlar haqqındaməlumatlandırılıblar.
Təqdimat mərasimində çıxış edən Kamal Abdulla platformanınAzərbaycan dilinin qorunması, inkişafı və müasir rəqəmsal mühitdətəbliği baxımından əhəmiyyətindən bəhs edib.
"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanıAzərbaycan dilinin qorunması və inkişafı ilə bağlı söylədiklərininfonunda bu cür platformanın realizə olunmasına böyük ehtiyac varidi. Universitetin alimləri və gənc mütəxəssisləri bu işi şərəfləyerinə yetirdilər.
Azərbaycan Dillər Universiteti olaraq Azərbaycan dilinin,mədəniyyətinin, multikulturalizm modelinin xarici ölkəuniversitetlərində mərkəzlərini yaradır, o mərkəzlərdə dilimizihəmin ölkənin gənclərinə öyrədirik. Belə platforma və layihələrinyaranması faktiki olaraq Prezident İlham Əliyevin bu istiqamətdəgördüyü işlərlə bağlıdır. Platformaların bir-biri ilə əlaqəsivacibdir. Çünki ən müxtəlif instansiyalarda, universitetlərdə,qurumlarda, nazirliklərdə dövlətimizin başçısının göstərişlərinə,tövsiyələrinə əsasən müəyyən işlər aparılır. Amma təəssüf ki, həminplatforma və layihələr bir-birindən xəbərsiz şəkildə həyatakeçirilir. Arzu edirəm ki, həmin platformalar bir-birinidəstəkləsin, tamamlasın, hər biri sürəklilik nümayiş etdirsin.Bunun üçün Koordinasiya Şurasının yaradılması arzuolunandır. Beləolan halda Prezident İlham Əliyevin göstərişlərini daha məqsədyönlüşəkildə həyata keçirə bilərik", - deyə K.Abdulla vurğulayıb.
Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva çıxışı zamanıtəhsilin cəmiyyətimizdə vacib rola malik olduğunu bildirib. O,platformanın təqdimatı münasibətilə hər kəsi təbrik edib. Layihəninhəyata keçirilməsində göstərilən dəstəyə görə Heydər ƏliyevFonduna, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə,Azərbaycan Dillər Universitetinə, o cümlədən layihənin bütüniştirakçılarına minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Dillər Universitetinin prorektoru JaləQəribova və layihənin koordinatoru Səbinə Əliyeva “Azərbaycan dili”platformasının təqdimatını ediblər. Təqdimatda platformanınyaradılma məqsədləri, funksional imkanları və müxtəlif yaş vəistifadəçi qrupları üçün nəzərdə tutulmuş məzmunu barədə ətraflıməlumat verilib.
Tədbirdə təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri EminƏmrullayev “Azərbaycan dili” platformasının dövlət dilininöyrədilməsi və tədrisinin keyfiyyətinin artırılmasına, həmçininrəqəmsal təhsil resurslarının genişləndirilməsinə mühüm töhfəverəcəyini bildirib. Nazir bu cür təşəbbüslərin Azərbaycan dilininmüasir çağırışlara uyğun inkişafında xüsusi rol oynadığınıvurğulayıb.
Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunmasıistiqamətində tapşırıqlarına uyğun olaraq ölkəmizdə görülənişlərdən bəhs edən nazir bildirib: “Platformanın mahiyyəti ana diliAzərbaycan dili olmayan insanlara da bizim dili öyrətməkdənibarətdir. Azərbaycan dili kifayət qədər geniş əhatəyə malikdir. 50milyondan çox insan həmin dildə danışır. Bu dilin mənimsənilməsibir neçə baxımdan əhəmiyyətlidir. İstər Azərbaycanda təhsil alanxarici tələbələr, istər ölkəmizdə işləmək istəyən əcnəbilər, yaxudda Azərbaycan dilini xarici dil kimi öyrənmək istəyənlər üçün həminplatforma vacib rol oynayacaq. Platforma ingilis dili üzərindəqurulub. Lakin düşünürəm ki, digər dillərə də tərcümə edilməsimümkündür. Platformada süni intellekt həllərindən aktiv istifadəolunub. Platformanın uğurlu olacağına əminəm”.
Sonra “Azərbaycan dili” platformasına həsr olunmuş videoçarxnümayiş etdirilib.
Daha sonra çıxış edən pakistanlı tələbə, Azərbaycan DillərUniversitetində fəaliyyət göstərən Pakistan mərkəzinin doktorantıMahmut Əthar universitetdə təhsil aldığı müddətdə Azərbaycan diliniöyrənmək, inkişaf etdirmək və gündəlik həyatının bir parçasınaçevirmək imkanı əldə etdiyini deyib.
Dilin xalqın ruhu, mədəniyyəti, onun düşüncə tərzi olduğunuvurğulayan M.Əthar fikirlərinə belə davam edib: “Azərbaycan diliçox zəngin bir dildir. Çünki o, Nizaminin, Füzulinin dilidir. Bizfəaliyyət göstərdiyimiz mərkəz vasitəsilə Azərbaycan dili vəmədəniyyətinin xaricdə tanıdılmasına töhfə verməyə çalışırıq.İslamabadda Azərbaycan mərkəzi ilə birlikdə Azərbaycan dilinintəbliği, mədəni tədbirlərin təşkili istiqamətində işlər görürük.Biz pakistanlı tələbələrin Azərbaycan dilini öyrənməsi üçün birkitab nəşr etdirmişik. Bu təşəbbüslə biz Azərbaycan dilininbeynəlxalq miqyasda daha geniş tanınmasına bir töhfə veririk.Məndən Azərbaycan dilini necə öyrəndiyimi soruşurlar. Rektorumuzbizə hər zaman Prezident İlham Əliyevin bütün çıxışlarına diqqətləqulaq asmağı tövsiyə edir. Bu, Azərbaycan dilini öyrənmək üçün əsasüsuldur. Azərbaycan dili güclü birləşdirici təsirə malik dildir.Həmin dil bizi müxtəlif ölkə və millətlərdən olan insanlarla biraraya gətirir. Azərbaycan dili, sadəcə, bir ünsiyyət vasitəsideyil. Həmin dil insanları, mədəniyyətləri, ölkələri birləşdirəngüclü bir körpüdür. Bu dili öyrənməkdən qürur duyuram”.
Azərbaycan Dillər Universitetinin keçmiş məzunlarından olantanınmış jurnalist, Rusiya Federasiyasının Əməkdar jurnalistiMixail Qusman çıxışı zamanı Azərbaycan dilinə marağın getdikcəartdığını bildirib: “Amerika Birləşmiş Ştatlarının StanfordUniversitetində hər il müxtəlif ölkələrin və xalqların dilinəmaraqla bağlı araşdırma aparılır. Biz nisbətən az əhalisi olankiçik bir ölkəyik. Stanford Universiteti göstərir ki, son bir ildəAzərbaycan dilinə marağın inanılmaz dərəcədə artdığı müşahidəolunur. Bu, çox vacibdir. Bu, Prezident İlham Əliyevin yürütdüyüheyrətamiz siyasətə dünya miqyasında göstərilən marağa tamuyğundur. Buna milyonlarla sübut var. Melodik, gözəl, zəngin vənəcib Azərbaycan dilinə bu gün dünyada getdikcə daha çox tələbatınolması Prezidentin rəhbərliyi ilə ölkənin hansı yolda yürüdüyününnəticəsidir. Bu inanılmaz platforma üçün təşəkkür edirəm. Çoxvaxtında ərsəyə gələn bir işdir. Onu yaradanlara minnətdaram”.
Azərbaycan Dillər Universitetini 55 il əvvəl bitirdiyini diqqətəçatdıran M.Qusman fərqlənmə diplomu ilə məzun olduğunu da qeydedib.
Təqdimat mərasimi çərçivəsində bədii hissə də nümayişetdirilib.
Təqdimat mərasimi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, platforma Azərbaycan dilinin öyrədilməsi, tədrisivə rəqəmsal resurslar vasitəsilə geniş auditoriyaya çatdırılmasıməqsədilə hazırlanıb.
Təqdimat mərasiminin 31 Dekabr – Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü ərəfəsində keçirilməsi Azərbaycan dilinin dünyaazərbaycanlılarını birləşdirən əsas dəyərlərdən biri olduğunu birdaha nümayiş etdirib.