AZ

Bakıda qəzalı binaların söküntüsü niyə ləngiyir?VİDEO

''2040-cı ilə qədər paytaxt ərazisində qəzalı və istisimar müddəti bitən binaların hamısı söküləcək''.

Xezerxeber.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert bildirir ki, paytaxtın 12 rayonunda belə yaşayış binaları mövcuddur. Bu tikililər həm insanların təhlükəsizliyi, həm də şəhərin ümumi görünüşü baxımından narahatlıq doğurur.

Bəs belə binaların sökülməsi niyə ləngiyir?

Elnur Fərzəliyev bildirir ki, qəzalı binaların sökülməsi prosesi sadə deyil və bir neçə mərhələdən ibarətdir. Bu cür binanın sökülməsi üçün ilk növbədə rəsmi qurumların rəyi olmalıdır.

Ekspertin fikirincə, söküntü planına düşən binaların əksəriyyətində çoxsaylı mülkiyyətçilər var ki, bu da prosesi uzadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
42
8
xezerxeber.az

10Mənbələr