Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Mbappe də Mərakeşə yollanır
"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe Mərakeşə yollanır.
QOL.az xəbər verir ki, futbolçu Afrika Millətlər Kuboku çərçivəsində keçiriləcək Mərakeş - Mali oyununu canlı izləyəcək. "Le360" nəşrinin məlumatına görə, fransalı futbolçu fəxri qonaq qismində tribunada yer alacaq.
Bildirilir ki, Mbappenin bu səfərinin əsas səbəbi Mərakeş millisinin kapitanı və PSJ-dən sabiq komanda yoldaşı Əşrəf Hakimiyə dəstək olmaqdır.
Xatırladaq ki, Mbappe cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 24 oyuna çıxaraq 27 qol vurub və 4 məhsuldar ötürmə edib. O, Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi 4 matçda isə 5 qol və 3 məhsuldar ötürməylə yadda qalıb.
Qeyd edək ki, qarşılaşma dekabrın 26-da "Şahzadə Mulay Abdulla" stadionunda baş tutacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.