Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Doğru.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və səmimi təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan və Rusiya prezidentlərinin son görüşdə müzakirə etdikləri məsələlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri, eləcə də regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ