AZ

Prezident İlham Əliyevin enerji strategiyasına həsr olunan “NUR ZƏFƏRİ” filmi təqdim olunub

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Cənab Prezidentİlham Əliyevin son 20 illik fəaliyyəti nəticəsindəelektroenergetika sahəsində əldə olunan nailiyyətlərə həsr edilmiş“NUR ZƏFƏRİ” adlı sənədli film hazırlanıb. Film “AzərEnerji”ASC-nin sifarişi ilə ərsəyə gətirilsə də, təkcə enerjinin istehsalıvə ötürülməsi sahəsi ilə yekunlaşmayıb, eyni zamanda bütövlükdəpaylayıcı şəbəkənin inkişafı, beynəlxalq enerji layihələri, eləcədə yaşıl enerji sahəsində həyata keçirilən genişmiqyaslıtədbirlərlə əhatə olunub. Filmdə Prezident İlham Əliyevindüşünülmüş və ardıcıl enerji strategiyası bütöv şəkildə təqdimedilib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi dövründəelektroenergetika sahəsi təkcə bərpa olunmayıb, həm də əsaslışəkildə yenidən qurularaq müasir, dayanıqlı və innovativ enerjisisteminə çevrilib.

Qeyd olunub ki, 2003-cü ildən sonra Prezident İlham Əliyevinrəhbərliyi ilə elektroenergetika sektorunda genişmiqyaslıislahatlara başlanılıb, milli idarəetmə modeli formalaşdırılıb,generasiya və paylayıcı şəbəkələr faktiki olaraq yenidən qurulub.Onlarla yeni elektrik stansiyası inşa edilib, mövcud güclərmodernləşdirilib, enerji itkiləri əhəmiyyətli dərəcədə azaldılıb vəölkənin enerji təhlükəsizliyi təmin edilib.

Filmdə Prezident İlham Əliyevin təşəbbüsü ilə paylayıcışəbəkənin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, Bakı vəregionlarda hava elektrik xətlərinin yeraltı kabel xətləri iləəvəzlənməsi, eləcə də “ağıllı şəhər” konsepsiyasına keçid ardıcılşəkildə əks olunur. Eyni zamanda azad olunmuş Qarabağ və ŞərqiZəngəzurda qısa müddətdə yaradılan enerji infrastrukturu millibərpa strategiyasının mühüm tərkib hissəsi kimi təqdim edilir.

Sənədli filmdə yaşıl enerji strategiyası, COP29-a ev sahibliyi,beynəlxalq enerji layihələri və Azərbaycanın regional enerjiliderinə çevrilməsi Prezident İlham Əliyevin uzunmüddətli stratejibaxışının nəticəsi kimi dəyərləndirilir. “NUR ZƏFƏRİ” filmielektroenergetika sahəsində əldə olunan uğurları, bu sahədə çalışanenergetiklərin fədakar əməyini və müasir Azərbaycanın inkişafyolunu əks etdirən sənədli ardıcıllıq kimi təqdim olunur. https://youtu.be/UqNhRq7W-GU

Seçilən
25
16
az.trend.az

10Mənbələr