Bakı. Trend:
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qalamərasimi keçirib.
Trend xəbər verirki, tədbirə idman təşkilatlarının, federasiyaların, mediaqurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idmanictimaiyyətinin nümayəndələri qatılıblar.
Qala mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirakediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonraÜmummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrundacanından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yadedilib.
Gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycanidmanı üçün kifayət qədər uğurlu keçdiyini qeyd edib. Nazir ilərzində 2113 medalın qazanıldığını, bunun 30 faizinin qızıl əyarlıolduğunu bildirib. Bu isə Azərbaycan idmanı tarixində rekordgöstəricidir. Nazir bu nailiyyətlərin Prezident İlham Əliyevinidmana göstərdiyi diqqət və qayğı nəticəsində əldə olunduğunuvurğulayıb.
Daha sonra 4 nominasiya üzrə xüsusi mükafatlar təqdim olunub.Deflimpiya Oyunlarının gümüş mükafatçısı Coşqun Əliyev (cüdo, 60kiloqram), boks üzrə dünya çempionu Sübhan Mamedov (50 kiloqram),Azərbaycan Atçılıq Federasiyası və cüdo üzrə qarışıq komanda xüsusimükafata layiq görülüb.
2025-ci ilin idman yekunları barədə hesabat videoçarxı təqdimedildikdən sonra federasiyalar, idman jurnalistləri arasında vəsosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlifnominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimiolub.
Mərasimdə ilin ən yaxşı idman fotoqrafları, media qurumları vəidman jurnalistləri də açıqlanıb. Azərbaycan Dövlət İnformasiyaAgentliyi (AZƏRTAC) hər üç nominasiyada qaliblər arasındaolub. İlqar Cəfərov ilin ən yaxşı idman fotoqrafı seçilib.AZƏRTAC ilin ən yaxşı yazılı media qurumlarıarasında, Agentliyin İdman redaksiyasının redaktoru Elnur Salahovisə ilin ən yaxşı idman jurnalistləri arasında ikinci yerə layiqgörülüb.
“İlin ən yaxşı idman veteranı”
Tərlan Həsənov (cüdo)
Tamilla Bünyatova (atletika)
Məhəmməd Müslümzadə (sambo)
“İlin ədalətli oyun nominasiyası”
Azərbaycan Badminton Federasiyası
Azər İlyasov (Kanoe və avarçəkmə)
Rauf Məmmədov (şahmat)
“İlin ən yaxşı uşaq-gənclər idman məktəbi”
“Ulduz” futbol akademiyası
Respublika Kompleks idman məktəbi
Şuşa uşaq-gənclər idman məktəbi
“İlin ən yaxşı idman filmi və videoçarxı”
“Arzuların ardınca” filmi
“Baku Open” şahmat festivalı üçün videoçarx
“Uğur hekayəni yalnız öz gücünlə yaza bilərsən” (taekvondo)
“İlin ən yaxşı idman fotoqrafı”
İlqar Cəfərov (AZƏRTAC)
İslam Atakişiyev (idman.biz)
Samirə Həsənova ("Report")
“İlin ən yaxşı idman media qurumları” (Yazılımedia)
“İdman.biz”
“Report”
“İlin ən yaxşı media qurumları”(Telekanallar)
İctimai TV
“CBC Sport”
İdman TV
“İlin ən yaxşı idman jurnalistləri” (Yazılımedia)
Elmir Əliyev (Haqqın.az)
Elnur Salahov (AZƏRTAC)
Səbuhi Musayev (“Prosport.Az”)
İlin ən yaxşı televiziya jurnalisti
Fəridə Abdullayeva (İctimai TV)
Arifə Lətifova (“CBC Sport”)
Vüqar Nəzərov (İdman TV)
“İlin ən yaxşı idman klubları”
“Ocaq Sport” İdman Klubu
“Neftçi” İdman Klubu
DİN-in İdman Cəmiyyəti
“İlin ən yaxşı idman qurğusu”
Milli Gimnastika Arenası
Gəncə İdman Sarayı
Tofiq Bəhramov adına Respublika Stadionu
“İlin ən yaxşı Olimpiya-İdman Kompleksləri”(OİK)
Quba OİK
Şəki OİK
Şirvan OİK
“İlin ən yaxşı idman həkimi”
Zaur Abdullayev (Azərbaycan Boks Federasiyası)
Müşfiq İbrahimov (Azərbaycan Güləş Federasiyası)
“İlin ən yaxşı hakimi”
Nazim Umbayev (Azərbaycan Cüdo Federasiyası)
Eldar Zülfüqarov (Azərbaycan Voleybol Federasiyası)
Cahangir Babayev (Azərbaycan Karate Federasiyası)
Ramil Vəliyev (Azərbaycan Cüdo Federasiyası)
“İlin ən yaxşı idman tədbirləri”
MDB Oyunları
Minifutbol üzrə dünya çempionatı
UFC döyüş gecəsi
“İlin ən yaxşı idman federasiyaları”
Azərbaycan Cüdo Federasiyası
Azərbaycan Boks Federasiyası
Azərbaycan Gimnastika Federasiyası
“İlin qadınlardan ibarət ən yaxşı klubkomandaları”
“Azərreyl” voleybol klubu
“Neftçi” futbol klubu
“Azəryol” həndbol klubu
“İlin kişilərdən ibarət ən yaxşı klubkomandaları”
“Qarabağ” futbol klubu
“Sabah” basketbol klubu
“Kür” həndbol klubu
“İlin ən yaxşı idman dəstəkçiləri”
“iTicket.az”
“Azercell”
“Azəryolservis”
“Uğurlu beynəlxalq əməkdaşlıq”
Azərbaycan Avtomobil Federasiyası
Azərbaycan Üzgüçülük Federasiyası
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
“2025-ci ildə dövlət qurumları arasında idmanyarışları”
Fövqəladə Hallar Nazirliyi
SOCAR
Daxili İşlər Nazirliyi
“İlin kişilərdən ibarət ən yaxşı millikomandaları”
Minifutbol üzrə milli komanda
Boks üzrə milli komanda
Yunan-Roma güləşi üzrə milli komanda
“İlin qadınlardan ibarət ən yaxşı millikomandaları”
3×3 basketbol üzrə milli komanda
Şahmat üzrə milli komanda
Futbol üzrə milli komanda
“Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı başməşqçiləri”
Elşad Quliyev (minifutbol)
Nicat Abbasov (şahmat)
Hikmət Hacıyev (kikboksinq)
“İlin ən yaxşı qadın məşqçiləri”
Amina Abdullatif (cüdo)
Fəridə Əzizova (taekvondo)
Samirə Hüseynova (qılıncoynatma)
“İlin ən yaxşı kişi məşqçisi”
Qurban Qurbanov (“Qarabağ” futbol klubu)
Riçard Trautman (cüdo)
Elbrus Rzayev (boks)
“İlin ən yaxşı paralimpiyaçıları”
İlham Zəkiyev (paracüdo)
Raman Saley (paraüzgüçülük)
Kamran Zeynalov (paragülləatıcılıq)
“Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşıidmançıları”
İrina Zaretska (karate)
Ülviyyə Fətəliyeva (şahmat)
Elvin Məmmədov (kikboksinq)
“İlin ən yaxşı qadın idmançıları”
Jalə Əliyeva (güləş)
Südabə Ağayeva (cüdo)
Nigar Nəsirova (atıcılıq)
“İlin ən yaxşı kişi idmançıları”
Həsrət Cəfərov (yunan-Roma güləşi)
Zelim Kotsoyev (cüdo)
İsa Rüstəmov (ağırlıqqaldırma)
Mükafatçılar bəlli olduqdan sonra tədbir bədii hissə ilə davamedib.