Ankara Esenboğa Hava Limanından Liviyanın paytaxtı Trablusa getmək üçün havaya qalxan "Falcon 50" tipli özəl biznes təyyarəsi ilə radar əlaqəsi kəsilib. Hadisə ilə əlaqədar Esenboğa Hava Limanı müvəqqəti olaraq bağlanıb, eniş etməli olan təyyarələr isə Kayseriyə yönləndirilib.
Milli.Az xəbər verir ki, naməlum səbəbdən radardan itən təyyarədən sonuncu dəfə Ankara yaxınlığındakı Haymana rayonu ətrafında siqnal alındığı iddia edilir. Hadisədən dərhal sonra Ankara hava məkanı uçuşlar üçün tamamilə qapadılıb.
Təyyarədəki sərnişinlərin kimliyi ilə bağlı ciddi iddialar ortaya atılıb. Əsas iddialardan biri budur ki, radardan itən özəl təyyarənin göyərtəsində Liviyanın Baş Qərargah rəisi də olub. Rəsmi qurumlar hələlik bu iddianı təsdiq etməyiblər.
Lalə Qüdrətova
Milli.Az