Azərbaycana qış fəsli daxil olub.
Qaziler.az-ın Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən verdiyi məlumata görə, qış fəsli bu gün saat 19:03:01-də başlayıb. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli start götürüb.
Bu vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və Günəş günorta saatlarında üfüqdən minimum – 26,2 dərəcə hündürlükdə olur. Həmin gün ilin ən qısa gündüzü qeydə alınır. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə təşkil edir.
Məlumata görə, qış fəslinin müddəti 88 gün 23 saat 42 dəqiqə 52 saniyə olacaq.