Qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi ölüb.
"Unikal" xəbər verir ki, bu gün Qax şəhər qəbiristanlığında 1981-ci il təvəllüdlü Ruslan Məmmədov huşsuz vəziyyətdə aşkar olunub.
O, təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və az sonra həyatını itirib.
R.Məmmədovun içki aludəçisi olduğu bildirilir.
Seymur Əli