AZ

Xankəndinin Kərkicahan qəsəbəsinəİlk köç

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş tutdu. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün doğma yurdlarına qayıtdılar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana köçürülüb.

Uzun illərin həsrətindən sonra Xankəndi, Kəkicahan qəsəbəsi öz sakinlərini qarşıladı. Mərasim Dövlət Himnimizın səslənməsi ilə başlayıb. Torpaq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xarıbülbül rəqsi, “Qarabağdan Turana”, “Millətim” “ Zəfər sədası” mahnıları “Tarix yazan sərkərdə” şeri ifa olunub.

Rəsmi hissədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim edən E. Yusubov, bu əlamətdar günmünasibətilə onları təbrik edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb.

E. Yusubov bildirib ki, uzun illərdən sonra Kərkicahana həyat yenidən qayıdır və bu qayıdış təkcə köç deyil — yarımçıq qalan həyatın davamı, 34 illik köçkünlüyün sonu, yeni mərhələnin başlanğıcıdır. E. Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma yurdunda rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Yaşayış evləri və zəruri infrastruktur bərpa olunub.

Daha sonra ANAMA mütəxəssisləri də sakinlərlə maarifləndirici söhbətlər aparıb, şübbəli əşyalar gördükdə uzaq durmalarını tövsiyyə ediblər.

Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi azərbaycanlıların kompakt yaşadığı məntəqələrdən biri olub. Qəsəbədə ilk məskunlaşma XVIII–XIX əsrlərdə Qarabağ xanlığı dövründə formalaşıb. Sovet dövründə (1923-cü ildən sonra) Xankəndi vilayət mərkəzinə çevrildikdən sonra Kərkicahan azərbaycanlıların kompakt yaşadığı qəsəbə kimi tanınıb. 28 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra Kərkicahan qəsəbəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.

 

 

Seçilən
12
11
xezerxeber.az

10Mənbələr