AZ

“Karvan Yevlax” “Neftçi”yə, “Zirə” “İmişli”yə qarşı

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Karvan-Yevlax” “Neftçi”yə, “Zirə” “İmişli”yə qarşı

Misli Premyer Liqasında 16-cı tur davam edir.

QOL.az xəbər verir ki, ikinci oyun günündə iki görüş keçiriləcək. 

Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edəcək. Hazırda Yevlax klubu 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. “Neftçi” isə 17 xalla 8-cidir. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda qalib aşkarlanmayıb - 0:0. 

Günün ikinci matçında isə “Zirə” öz meydanında “İmişli”ni qəbul edəcək. 15 turdan sonra 27 xalı olan paytaxt təmsilçisi 4-cü, bölgə təmsilçisi isə 17 xalla 9-cu yeri tutur. Bu komandalar arasında da ilk dövrənin matçı bərabərliklə yekunlaşıb - 1:1. 

20 dekabr (şənbə)

14:00. “Karvan-Yevlax” - “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev 

VAR: Elçin Məsiyev

AVAR: Zöhrab Abbasov

Yevlax şəhər stadionu

16:30. “Zirə” – “İmişli” 

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Zirə İdman Kompleksinin stadionu

21 dekabr (bazar)

15:00. “Qəbələ” – “Qarabağ”

17:30. “Araz-Naxçıvan” – “Şamaxı” 

22 dekabr (bazar ertəsi)

19:30. “Sumqayıt” – “Sabah”

19 dekabr (cümə)

“Kəpəz” - “Turan Tovuz” - 0:2

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 6 qol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
50
qol.az

10Mənbələr