Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.