AZ

Türkiyədə implant etdirən qadının burnu çürüməyə başladı VİDEO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın Teleford şəhərindən olan Linn Abeyansın burnu Türkiyədə keçirdiyi stomatoloji əməliyyatdan sonra çürüməyə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "The Sun" qəzeti yazıb.

Qadın diş müalicəsi üçün Antalya şəhərinə gedib. Orada ona implant və sümük bərpası əməliyyatı olunub. O, bu müalicə üçün təxminən 3 min funt sterlinq ödəyib. Britaniyada isə eyni əməliyyatın daha baha olduğunu deyib.

Abeyansın sözlərinə görə, əməliyyat zamanı güclü ağrı hiss edib. Əməliyyatdan sonra vəziyyəti daha da pisləşib. Ağrı və şiş səbəbindən bir neçə gün normal yeyə və yata bilməyib.

Vətənə qayıtdıqdan sonra həkimə müraciət edib. Müayinələr zamanı implantların burun nahiyəsinə zərər verdiyi məlum olub. İnfeksiya yayılıb və burun toxumalarında ciddi problem yaranıb.

Qadın hazırda müalicəsini davam etdirir. Onu uzun bərpa dövrü gözlədiyini bildirib. Həkimlər vəziyyətin nəzarət altında olduğunu deyirlər.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
2
news.milli.az

10Mənbələr