AZ

Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa çox yaxındır - Ərdoğan

Bakı. Trend:

Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa indiyədəkolmadıqları qədər yaxındırlar.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb TayyipƏrdoğan Beştəpədə Türkiyə səfirlərinin 16-cı qurultayında etdiyiçıxışda bildirib.

Ərdoğan illərlə sülhə həsrət qalan Cənubi Qafqazın tarixidönəmdən keçdiyini bildirib.

“Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa indiyədəkolmadıqları qədər yaxındırlar. Azərbaycanla dialoq şəraitində bizdə Ermənistanla normallaşma prosesini irəlilədirik. İnşallah, gələnilin əvvəlindən etibarən bəzi simvolik addımlar atılacaq”,- deyəƏrdoğan bildirib.

Türkiyə prezidenti eyni zamanda son günlər Qara dənizdə ticarətgəmilərinə edilən hücumları pisləyib.

“Son günlərdə həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdəgəmiçilik təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Ticarət vəmülki gəmilərin hədəf alınması heç kəsə fayda gətirməz. Bu məsələilə bağlı hər iki tərəfə xəbərdarlıqlarımızı açıq və aydın şəkildəçatdırırıq”,- deyə Ərdoğan vurğulayıb.

Məqalədə:
Seçilən
57
48
az.trend.az

10Mənbələr