Bakı. Trend:
Bütövlükdə siqaret bazarına münasibətdə dövlət fiskal maraqlargüdmür.
Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Aqrarsiyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosialsiyasət komitələrinin birgə iclasında “Tütün və tütün məmulatıhaqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsininmüzakirəsi zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bu seqment tamamilə qadağanedildikdən sonra həm idxal rüsumlarından, həm aksizlərdən, eynizamanda əlavə dəyər vergisindən dövlət bir növ imtina etmişolur:
“Bu da büdcə üçün itkilərdir. Yəni tərəzinin gözünə qoyandabüdcə itkiləri, büdcə vəsaitləri, yoxsa əhalinin sağlamlığı? Təbiiki, dövlətimizin ümumi siyasəti vətəndaşa yönəlikdir. Bu baxımdanburada həm də dövlətimizin indiyə kimi əsas götürdüyü dəyərlər,prinsiplər olduqca önəmlidir”.
Millət vəkili xatırladıb ki, elektron siqaretlər idxalaəsaslanır və bunun yerli istehsalı yoxdur:
“Bir tərəfdən vətəndaşımız üçün, gənclərimiz üçün ziyanlıdır.İkinci bir tərəfdən də biz sanki bu məhsulların istehsalçısı olanxarici ölkələri maliyyələşdirmiş oluruq. Yəni bunun bəlli birməbləğdə idxalı var. O baxımdan indiki şəraitdə bunun həm dəiqtisadiyyatımız üçün müsbət tərəflərini qeyd edə bilərik”.
A.Əmiraslanov əlavə edib ki, qadağalar varsa da, qara bazar,qaçaqmalçılıq, hansısa bir şəkildə bu cür məhsullara əlçatanlığıntəmin edilməsi halları da müşahidə oluna bilər.
“Sonrakı mərhələdə məhz bu qara bazarın formalaşmasına qarşıciddi mübarizə tədbirləri aparılmalıdır. Hətta elektron siqaretlərrəsmi olaraq, yəni qadağan olunmadığı bir şəraitdə də buistiqamətdə biz o cəhdləri görürük və bu cəhdlərin qarşısıalınmaqdadır”, - deyə o fikrini tamamlayıb.