AZ

Azərbaycanda elektron siqaretlərin satışı və istifadəsi qadağan edilir

Bakı. Trend:

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı,saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadisiyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasətkomitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütünməmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onlarınkomponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan vəpərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Həmçinin, nikotin tərkibli elektron siqaretlərdə tütün məmulatı hesab ediləcək.

Bununla yanaşı, layihədə qanunvericiliyə aşağıdakı yenianlayışların da daxil edilməsi təklif olunur:

  • Qızdırılan tütün məmulatı – tütündən (tütünqarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütünkomponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələgəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozoluntənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdətutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqarethesab edilməyəcək.
  • Elektron siqaret – qida məhsulları, tütünməhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla,nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüsyolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş vəmüştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonuolan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdətutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və yabir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlətəkrar doldurula biləcək.
Seçilən
79
49
az.trend.az

10Mənbələr