Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub. Pravda.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini – Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.
Tarix: 16 Dekabr 2025, 13:09