AZ

İşinə yaş həddinə görə xitam verilən dövlət qulluqçularına birdəfəlik haqq ödəniləcək

Bakı. Trend:

Dövlət qulluqçusunun dövlət qulluğunda olmanın yaş həddinəçatdığı üçün dövlət qulluğuna xitam verildikdə ona birdəfəlik haqqveriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisinin bugünkü plenariclasında müzakirə olunan "Dövlət qulluğu haqqında" Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluqçusunun "Əmək pensiyalarıhaqqında" Qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə özarzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçündövlət qulluğuna xitam verildikdə digər pensiya növünün təyinedilməsindən asılı olmayaraq ona öz seçimi ilə dövlət qulluğununson 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlətməvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlikhaqq veriləcək və bu məbləğdən vergi, məcburi dövlət sosial sığortahaqqı və digər icbari ödənişlər tutulmayacaq.

Mövcud qanunvericiliyə görə, dövlət qulluqçusu müvafiqqanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə özarzusu ilə dövlət qulluğundan çıxdıqda ona qanunvericiliyə uyğunolaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraqümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğindəbirdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
22
6
az.trend.az

10Mənbələr