AZ

Tramp Putinlə “sülh planı“nı müzakirə edib

ABŞ prezidenti Donald Tramp Ukrayna üçün "sülh planı"nı prezident Vladimir Putinlə şəxsən müzakirə etdiyini bildirib.

XəzərNews.az xəbər verir ki, Ağ Ev Trampın iştirakı ilə keçirilən tədbiri YouTube-da yayımlayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyası münaqişənin bitməsini istəyir.

"Əslində düşünürəm ki, Prezident Putin bunun bitməsini istəyir... Rusiya ilə yaxşı danışıqlar apardıq və düşünürəm ki, onlar daha normal həyat tərzinə qayıtmaq istəyəcəklər", - deyə Amerika prezidenti bildirib.

Tramp qeyd edib ki, sülh razılaşmalarına nail olmaq üçün "vaxt çərçivəsi" yoxdur, lakin işlər irəliləyir.

Ağ Ev rəhbəri bu yaxınlarda Putinlə birbaşa əlaqədə olduğunu təsdiqləyib.

"Bəli, danışdım", - deyə o, jurnalistlərə bildirib.



Xəbər 5 dəfə oxunub.
Seçilən
27
50
xezernews.az

10Mənbələr