AZ

Azərbaycan çempionatları tarixinin 6000 ci oyunu keçirilib

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.

"Unikal" xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb.

Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
17
unikal.az

10Mənbələr