AZ

Şahzadə "Barselona"nı almaq üçün HƏRƏKƏTƏ KEÇİR

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salman “Barselona” futbol klubunun 10 milyard avroya satın alınması ilə bağlı təklif irəli sürmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə ispan jurnalisti Fransua Qalyardo məlumat verib.

Şahzadənin marağı Səudiyyə kapitalının dünya futbolunda genişləndirilməsi planı ilə bağlıdır. Son illərdə krallıq idmana fəal şəkildə investisiya yatırır. Mümkün sövdələşmənin məbləği 10 milyard avro olaraq qiymətləndirilir.

Bundan əvvəl Kataloniya klubunun rəhbərliyi dəfələrlə klubun özəlləşdirilməsi variantlarını nəzərdən keçirmədiklərini bəyan edib. Bununla yanaşı, “Barselona” pandemiya dövründə yaranmış borclarını ödəməyə davam edir. Potensial sövdələşmənin məbləği klubun 2,5 milyard avro həcmində borcunu bağlamağa imkan verə bilər.

Seçilən
27
22
publika.az

10Mənbələr