AZ

Pənah Hüseyn istefa verdi

Azərbaycan Xalq Partiyasının (AXP) VII (növbədənkənar) Qurultayı keçirilib.

 

Qurultayda partiyanın uzun illər sədri olmuş Pənah Hüseynin istefası qəbul edilib və yeni sədr seçkisi keçirilib.

 

Səsvermənin nəticələrinə əsasən, Sadıqov Qiyas Böyükağa oğlu Azərbaycan Xalq Partiyasının yeni sədri seçilib. Qurultay iştirakçıları yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.

 

Məlumata görə, Pənah Hüseyn partiya rəhbərliyindən könüllü şəkildə istefa verərək səlahiyyətlərini Qiyas Sadıqova təhvil verib.

 

Musavat.com bildirir ki, Pənah Hüseyn (Çövdaroğlu) 1957-ci ildə Sabirabad rayonunda anadan olub. O, Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin qurucularından sayılır. Müxtəlif illərdə Azərbaycanın dövlət katibi və baş nazir vəzifələrində çalışıb, həmçinin Azərbaycan parlamentinin III çağırış deputatı olub.

 

Qeyd olunur ki, Pənah Hüseyn 2012-ci ildən bu günədək Azərbaycan Xalq Partiyasının sədri kimi fəaliyyət göstərib. VII Qurultayda qəbul edilən qərarla o, bu vəzifədən istefa verərək partiya rəhbərliyini yeni sədrə ötürüb.

 

Qurultayda AXP-nin gələcək fəaliyyət istiqamətləri, təşkilati məsələlər və siyasi prioritetlər də müzakirə edilib.

Tarix: 14 Dekabr 2025, 17:16   
Seçilən
58
35
pravda.az

10Mənbələr