AZ

ABŞ-da universitetdə baş verən atışma zamanı xəsarət alanlar var - YENİLƏNİB

ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetinin ərazisində baş verən atışma nəticəsində bir neçə nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Providens polisinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, universitet ərazisində bir neçə şəxs odlu silahdan yaralanıb və hadisə ilə bağlı aktiv istintaq aparılır.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.


***
02:53


ABŞ-ın Providens şəhərində yerləşən Braun Universitetinin ərazisində atışma qeydə alınıb.

APA xəbər verir ki, bu barədə universitet rəhbərliyi məlumat yayıb.

Bildirilib ki, universitet ərazisində olan şəxslərdən əlavə göstəriş verilənədək təhlükəsiz yerlərdə qalmaq tələb olunur.

“Əgər təxliyə mümkün deyilsə, gizlənin, sığınacaq tapın. Son çıxış yolu kimi özünüzü müdafiə etmək üçün tədbir görün”, - Universitetin rəsmi saytında yayımlanan açıqlamada qeyd olunub.

Məlumata görə, hadisə ilə əlaqədar bir şübhəli şəxs saxlanılıb. Hadisənin detalları dəqiqləşdirilir.

Seçilən
6
3
apa.az

10Mənbələr