AZ

Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərininvə kursantlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevinxatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Bu barədə Trend-ə HərbiProkurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirin əvvəlində Hərbi Prokurorluğun rəhbərliyivə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə güldəstələri qoyub, dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərinehtiramla yad edib.

Azərbaycanın Baş prokurorunun müavini – Hərbi prokuror BəhruzƏhmədov çıxış edərək dövlət müstəqilliyimizin banisi, müasirAzərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri HeydərƏliyevin öz siyasi dühası ilə xalqımızın taleyində silinməz izlərqoymasından, onun Azərbaycana rəhbərlik illərində həyatın bütünsahələrinin intibah dövrünü yaşamasından danışıb.

Dahi Liderin bütün həyatını doğma xalqına həsr etməsi, bütündövrlərdə Azərbaycanın inkişafı üçün böyük fədakarlıqlargöstərməsi, milli maraqların müdafiəsi üçün öz həyatını təhlükəyəatması xüsusi qeyd olunub. 1990-cı illərdə Azərbaycanın özmüstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi dövrdə xalqtərəfindən Ulu Öndər Heydər Əliyevin təkidlə hakimiyyətə dəvətedilməsi, qısa vaxtda vətəndaş müharibəsinin qarşısını alması,ölkənin suverenliyinə təhdid yaradan qanunsuz silahlı birləşmələrinləğv olunmasını təmin etməsi, Ermənistanın Azərbaycana hərbitəcavüzünün dayandırılması və ordu quruculuğuna start verilməsi,güclü Azərbaycanın qurulması istiqamətində zəruri siyasi, hərbi,iqtisadi islahatlara başlanılması əyani misallarla tədbiriştirakçılarının diqqətinə çatdırılıb.

Ulu Öndərin 1971-ci ildə sovet totalitarizminin çətinliklərinəbaxmayaraq, Azərbaycan tarixində ilk dəfə Cəmşid Naxçıvanski adınahərbi liseyi yaratması, bununla da Azərbaycanın hərbi gələcəyininəsasını qoyması, bu məktəbin məzunları və onların davamçılarınınPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyialtında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıqnümunələri göstərməsi ayrıca vurğulanıb.

Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Milli MüdafiəUniversiteti, Dövlət Sərhəd Xidməti Akademiyası və DaxiliQoşunların Hərbi İnstitutunun rəhbər heyəti öz çıxışlarında UluÖndərin Azərbaycanda dövlətçiliyin əsaslarını yaratması,demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin təməliniqoyması, onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanıniqtisadi, hərbi və mədəni yüksəliş yolunu tutması, uğurlu xaricisiyasət kursu barədə geniş məlumat verilib, ordu quruculuğusahəsində milli siyasəti müəyyən etməsi və milli hərbi kadrlarınyetirişdirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsiistiqamətində gördüyü misilsiz xidmətləri qeyd edilib.

O da bildirilib ki, Azərbaycanın Vətən müharibəsindəki tarixiQələbəsi ölkəmizin regional və qlobal mövqeyini daha damöhkəmləndirib, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib.Bu gün azad olunmuş torpaqlarımızda geniş bərpa və quruculuq işləriaparan dövlətimiz dünyaya sülh mesajı verir, mütərrəqqi dəyərləritəbliğ edir, regional və qlobal təşəbbüsləri dəstəkləyir və həyatakeçirir.

Kursantları öz çıxışlarında Ulu Öndərin əsasını qoyduğu təhsilmüəssisələrində təhsil almaqdan qürur hissi keçirdiklərinibildirib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevəsədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Tədbirin sonunda “Əsrin adamı” sənədli filmi nümayişetdirilib.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Məqalədə:
Seçilən
10
21
az.trend.az

10Mənbələr