AZ

Növbəti tədris ilinə qədər İncəsənət Gimnaziyasında təmir işləri yekunlaşdırılacaq

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur”, - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
16
icma.az

10Mənbələr