AZ

Goranboy sakini qonşusu tərəfindən bıçaqlanıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü A. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, A. Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu, 2003-cü il təvəllüdlü İ. Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
2
apa.az

5Mənbələr