Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
UEFA Çempionlar Liqasının liqa mərhələsində altıncı turun oyunlarına start verilib.
"Unikal" xəbər verir ki, gün ərzində baş tutucaq doqquz qarşılaşmadan ikisi artıq başa çatıb.
"Bavariya" öz meydanında "Sportinq"lə üz-üzə gəlib. Əvvəlcə avtoqola imza atan Münhen klubu sonradan rəqib qapısına üç dəqiq zərbə endirib - 3:1.
Digər matçda "Kayrat" doğma azarkeşləri önündə "Olimpiakos"u qəbul edib. Almatı təmsilçisi bu dəfə də meydanı xalsız tərk edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.