AZ

Rusiyalı casus qadını pişiyi sayəsində yaxaladılar

İtaliyada yaşayan rus casusu pişiyinin sayəsində ifşa olunub. Uzun illər “yatan agent” olan qadın, Maria Adela Kufeldt Rivera adlı uydurma ad altında yaşayıb.

O, 10 ildən çox İtaliyada, ondan əvvəl isə Maltada olub. O, NATO-nun Neapoldakı qərargahı ilə əlaqəli insanlarla bir neçə romantik münasibət qurmağı bacarıb. Qrozevin sözlərinə görə, o, həmçinin generalların arvadları ilə dostluq edib və müəyyən sirlərə çıxışı əldə edib.

Mənbəbildirib ki, qadın bir anda İtaliyadan yoxa çıxıb və geri qayıdandan sonra kişi bir il ərzində onun əsl kimliyini müəyyən edə bilməyib. Ev heyvanı ona bu işdə kömək edib. İtaliyadakı bütün dostları onun Luiza adlı pişiyini sevdiyini deyiblər. Müstəntiqlər onun pişiyi “yalançı həyatından” real dünyaya gətirmiş ola biləcəyi qənaətinə gəliblər. Aylardır heyvanı izləməyə çalışıblar, çünki sərhədi keçən hər hansı bir ev heyvanı mikroçiplə təchiz olunmalıdır.

Müstəntiqlər Luizanın mikroçip nömrəsini tapmağı bacarıblar və sonra onu Rusiya məlumatlarında axtarmağa başlayıblar. Məlum olub ki, həmin nömrəli pişik Rusiya klinikalarından birində qeydiyyatdadır. Sosial media saytında VKontakte-də klinikanın səhifəsini izləyən Olqa Kolobova adlı bir qadını yaxalayıblar. Onun profilində pişiyin şəkilləri olub. Qalan işlər asandır, – Qrozev deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr