AZ

Ağır qəza keçirən məmurun onurğası SINDI – Komaya DÜŞDÜ

Moskva ətrafı şəhərin rəhbəri ağır qəzaya düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. Filipp Naumenko Nijni Novqorodda baş verən qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, Moskva vilayətinin Reutov şəhərinin rəhbəri Filipp Naumenko ağır yol-nəqliyyat hadisəsi keçirib. Qəzadan sonra təcili olaraq Moskva xəstəxanalarından birinə çatdırılan məmur komaya düşüb.

Bildirilir ki, qəza nəticəsində Naumenko onurğa sütununun sınığı, ağciyər ödemi və kəllə-beyin travması alıb. O, artıq əməliyyat olunub, həkimlər hematomanı təmizləyib və sümük qırıntılarını çıxarıblar.

Hazırda məmur reanimasiya şöbəsindədir, həkimlər onun vəziyyətini olduqca ağır kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr